Prezident İlham Əliyev Gürcüstana gedir - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Prezident İlham Əliyev Gürcüstana gedir - ÖZƏL

Prezident İlham Əliyev Gürcüstana gedir - ÖZƏL

Gələn həftə prezident İlham Əliyev Gürcüstana səfərə gedəcək. Bu barədə Publika.az-a diplomatik mənbələrdən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində Prezident İlham Əliyev mayın 5-də Tiflisdə keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının üçtərəfli zirvə toplantısına qatılacaq.

Toplantıda Türkiyə prezidenti Abdullah Gül və Gürcüstan prezidenti Georgi Marqvelaşvili də iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının üçtərəfli zirvə toplantısı ilk dəfə olaraq Gürcüstanda təşkil olunacaq.

Xatırladaq ki, bu il fevralın 19-da Gəncə şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

Vasif Həsənl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm