Yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Yağış yağacaq

Yağış yağacaq

Mayın 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, gecə bəzi yerlərdə zəif duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Lakin axşama doğru havanın tutqun olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli, az yağış yağacağı ehtimalı var.

Gün ərzində şimal-qərb küləyi əsəcək. Axşama doğru bir qədər güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 3-də hava şəraitinin bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 23-28, bəzi yerlərdə 30 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm