Ali məktəblərə keçid balları açıqlandı
Bizi izləyin

Qırmızı.az

Ali məktəblərə keçid balları açıqlandı

Ali məktəblərə keçid balları açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə keçid ballarını açıqlayıb.

TQDK-nın mətbuat xidmətindənverilən məlumata görə, 2014-2015-ci il tələbə qəbulu müsabiqəsində III qrup üzrə ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.


Qeyd edilib ki, I, II, IV qruplar üzrə isə abituriyentlər 250-dən aşağı bal toplamamalıdırlar.


TQDK-dan verilən məlumatda o da bildirilib ki, ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.


Qeyd edək ki, ötən il ali məktəblərə keçirilən qəbul imtahanlarında bütün qruplar üzrə keçid balları aşağı salınmışdı. I, II, IV qruplarda keçid balı 150-yə, III qrup üzrə 250-yə endirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm