Məcburi köçkün həmyerlisi tərəfindən bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

Məcburi köçkün həmyerlisi tərəfindən bıçaqlandı

Gəncədə Kəlbəcərdən olan məcburi köçkün həmyerlisi tərəfindən bıçaqlanıb.

Gəncədə Kəlbəcərdən olan məcburi köçkün həmyerlisi tərəfindən bıçaqlanıb.

Hadisə Gəncə şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdən birində baş verib. Kəlbəcər rayonundan məcbur köçkün olan 22 yaşlı Elyəddin Ələsov bıçaqlanıb. Elyəddin Ələsovu dərhal yaxınları Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirib.

Əməliyyat olunan Elyəddin Ələsovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Yaxınlarının sözlərinə görə, Elyəddin Ələsov öz yerlisi tərəfindən bıçaqlanıb və hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /Kəpəz tv/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm