Ata yeni doğulan qızını diri-diri basdırdı
Bizi izləyin

Qırmızı.az

Ata yeni doğulan qızını diri-diri basdırdı

Ata öz yeni doğulan qızını diri-diri basdırıb. Tükürpədici hadisə Kamboçada yaşanıb. Kişi yeni doğulan və hələ adı belə qoyulmayan qızını xəstəxanadan qaçıraraq diri-diri basdırıb.

Polisin məlumatına görə, uşaq dovşan dodaq xəstəliyindən əziyyət çəkib. Məhz buna görə atası Konq Sok onu istəməyib. O, uşağı qaçıraraq xəstəxananın yanındakı məbədin həyətində basdırıb.


Lakin buddist rahiblər hadisəni görüblər. Onlar dərhal uşağı torpağın altından çıxarıblar. Körpə yenidən xəstəxanaya çatdırılıb. Onun həyati təhlükəsi olmadığı bildirilir. /anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm