Qırmızı.az
Məhbusa meyvə şirəsi və ayaqqabının içərisində telefon keçirmək istədilər
Bakıda penitensiar müəssisələrə meyvə şirəsi və ayaqqabının içində telefon keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Şahin Murfazil oğlu Abdullayevə qardaşı Tural Murfazil oğlu Abdullayevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı 2 (iki) ədəd "Vita" şirələrinin içərisində gizlədilmiş 1 (bir) ədəd "Nokia" və 1 (bir) ədəd "Samsunq" Duas markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.
Qeyd edək ki, Şahin Abdullayev Cinayət Məcəlləsinin 234.2; 29,
317.1.1 maddələrinə əsasən həbs edilib.
Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nəriman Fəxrəddin oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Məftun Böyükkişi oğlu Allahyarovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı onun geyindiyi ayaqqabının içərisindən "Blackberry" markalı mobil telefon aparatı və mobil telefon aparatı üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Nəriman Hüseynov Cinayət Məcəlləsinin 126.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.
Hər iki fakt üzrə araşdırma aparılır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu