Baş həkim səhhətinə görə işdən çıxarılıb (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Baş həkim səhhətinə görə işdən çıxarılıb (YENİLƏNİB)

Baş həkim səhhətinə görə işdən çıxarılıb

“Bu xəstəxanalarda baş həkimlər təxminən bir aya yaxındır dəyişib. Səbəb isə şikayətlər deyil. Kliniki Tibbi Mərkəzdəki baş həkim Tərlan Bəbirov Bakı Sağlamlıq Mərkəzinə direktor təyin edildiyinə görə, vəzifəsindən azad edilib. Onun yerinə isə Hematologiya İnstitunun direktoru Soltan Əliyev təyin edilib. 3 saylı şəhər klinik xəstəxanasının baş həkimi Xəlil İdris oğlu Məmmədov şikayətlər səbəbindən yox, səhhəti ilə əlaqədar vəzifəsindən azad edilib”.

Bu sözləri publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

O, xəstəxanalardan nazirliyə şikayətlərin olmasını da istisna etmədi:

“3 saylı şəhər kliniki xəstəxanası ilə bağlı nazirliyin “Qaynar xətti”nə şikayətlər daxil olub. Təcili yardım xəstəxanası kimi fəaliyyət göstərdiyinə görə, narazılıqlar da olurdu. Amma baş həkimin işdən azad edilnməsinə səbəb şikayətlər deyil”.

Gülxar

14:31

Sabunçu rayonunda yerləşən və daha çox “kriminal xəstəxana” kimi tanınan 3 saylı şəhər klinik xəstəxanasının baş həkimi Xəlil İdris oğlu Məmmədov işdən çıxarılıb.

Bu barədə virtualaz.org saytına həmin xəstəxanadan məlumat verilib. 3 saylı xəstəxanaya baş həkim də təyin edilib. Bu vəzifə Fikrət Məmmmədəli oğlu Zeynalova həvalə olunub.

Qeyd edək ki, F.Zeynalov buna qədər “kəndçilər xəstəxanası” kimi tanınan Fuad Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasının baş həkimi olub. 4 saylı şəhər xəstəxanası bağlanandan sonra xəstəxananın bir hissəsi 3 saylı xəstəxananın ərazisinə köçürülüb. F.Zeynalov Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır.

X.Məmmədovun işdən çıxarılması səhhəti ilə əlaqələndirilir.

Səhiyyə Nazirliyindən virtualaz.org saytına daxil olan məlumatda isə deyilir ki, nazirliyin “qaynar xətt” xidmətinə daxil olan şikayətlərin əksəriyyəti 3 saylı xəstəxanadakı tibbi xidmətlə bağlı olur. Çünki xəstəxana əsasən kriminal hadisələr, qəzalar zamanı yaralananları qəbul edir, əhalinin aztəminatlı təbəqəsi ilə işləyir. Bundan əlavə, nazirliyin qərarı ilə şəkərli diabet xəstəsi olan hamilə qadınlar yalnız 3 saylı xəstəxanaya ünvanlandırılır.

Xatırladaq ki, “Semaşko” kimi tanınan Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov da nazirliyin qərarı ilə vəzifəsindən kənarlaşdırılaraq yeni istifadəyə verilən Bakı Sağlamlıq Mərkəzinə baş həkim göndərilib.

Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə isə Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev təyin olunub. Sultan Əliyev uzun müddət nazirlikdə şöbə müdiri işləyib. Baş həkimin yaşının 75-ə yaxın olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm