• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Gül bayramı üçün 4 milyon gül gətirilib

Gül bayramı üçün 4 milyon gül gətirilib

Mayın 10-u Heydər Əliyev sarayının qarşısında yenə izdiham yaşanacaq. Çünki ölkədə 8-ci dəfə keçiriləcək gül bayramına hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Hər il olduğu kimi bu il də rəngarəng və fərqli dizayna malik gül çələngləri park ərazisini bəzəyib. Bayramın keçiriləcəyi ərazi isə xeyli genişləndirilib.

Bu dəfəki gül bayramına hazırlıq işləri Heydər Əliyev sarayının arxasından Füzuli heykəlinə qədər, yəni qış parkı daxil olmaqla aparılır. Artıq park ərazisi Hollandiyadan gətirilən 10 minlərlə gül dibçəkləri ilə bəzədədilib.

Uzunluğu təqribən 1 km olan sahəyə tək Hollandiyadan deyil, həm də Türkiyədən gətirilən güllər əkilib. Bu dəfə rəngarəng dibçəklərdə olan və güllərlə bəzədilən kvadrat şəkilli talvarlar diqqət mərkəzində olacaq. Bu fərqli dizaynın müəllifi isə əslən Hollandiyadan olan Bart Van der Elskendir. Onun sözlərinə görə gül bayramına hazırlıq işləri üçün 25 işçi qüvvəsi ilə Bakıya gəliblər. Həmin işçilər həm Heydər Əliyev sarayının, həm də qış parkının qarşısındakı ərazidə çiçəklərə xüsusi dizayn verməklə məşğuldurlar.

İşlərin baş dizayneri burdakı dekorasiyaya milyondan çox güldən istifadə edildiyini bildirib: "Təxminən 4 milyondan çox gül gətirmişik. Hər dəfə şəhərin meri məndən qeyri adi bir dizayn dekorasiya istəyirdi və mən bu dəfə rəngələnmiş və dibçəklərdə olan bu güllərdən ibarət tunelləri hazırladım. 8 rəngədən istifadə etmişik. İnanıram ki, bu dekorasiya işlərimizdə paytaxt sakinləri tərəfindən bəyəniləcək".

Ötən il olduğu kimi bu il də Azərbaycanın qədim mədəniyyət və arxitektura nümunləri olan Qız Qalası, Atəşgah, Şirvanşahlar sarayı və digər abidələrin maketi park ərazisini bəzəyəcək. /anspress.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR