Cinsi azlığın ordudan təxris olunması barədə RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Cinsi azlığın ordudan təxris olunması barədə RƏSMİ AÇIQLAMA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cinsi azlığın ordudan təxris olunması ilə bağlı mətbuatda yazılanlara münasibət bildirib.

Qurumdan Movqe.az-ın sorğusuna verilən cavabda bildirilir: "Bu xəstəliyin adı çağırışçının şəxsiyyət və davranışında dəyişiklik gedir. Əgər çağırışçının tibbi müayinə zamanı şəxsiyyət və davranışında dəyişiklik müşahidə olunursa, belə şəxslər əsgər aparılmır. Amma bəzən bu xəstəlik gizli olduğundan tibbi müayinə zamanı aşkarlanmırsa və belə halda həmin şəxs həqiqi hərbi xidmətə aparılırsa, sonradan ordudan təxris edilə bilərsə. Yəni həmin şəxsin şəxsiyyət və davranışında dəyişiklik müşahidə edilərsə, həmin şəxs ordu sıralarından təxris edilə bilər. Çünki şəxsiyyət və davranışda dəyişiklik xəstəlik kimi qiymətləndirilir".

Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov hərbi hissədə monitorinq aparıb. Elçin Behbudov deyib ki, Müdafiə Nazirliyinin Salyan rayonunun Xıdırlı kəndi ərazisində olan intizam xarakterli "N” saylı hərbi hissəsində keçirdiyi monitorinq zamanı orada 52 şəxsin saxlandığı məlum olub:

"Həmin şəxslər əsasən fərariliyə görə ittiham olunan və hərbi xidmət zamanı əsgər yoldaşları ilə insident törətmiş şəxslərdir. Hərbi hissədə keçirilən monitorinq nəticəsində əsgərlər arasında işgəncə və qeyri-insan rəftarla bağlı müraciət edən olmadı. Eyni zamanda son illərdə ölüm halının qeydə alınmadığı məlum oldu. Hərbi hissədən bir əsgər cinsi azlığın nümayəndəsi olduğuna görə, tərxis edilib”.

E. Behbudov, müdafiə naziri Zakir Həsənovun göstərişi ilə hərbi hissənin bu yaxınlarda əsaslı təmir olunacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm