Qırmızı.az
Bakıda toyda sərxoş kişi gəlini qucaqladı, dava düşdü
Ötən həftə Bakının Binəqədi rayonunda keçirilən “palatka” toyunda kütləvi dava düşüb.
ANS PRESS-in məlumatına görə, kütləvi dava paytaxt kəndlərinin
birində keçirilən toyda baş verib.
Belə ki, kənddə toy şənliyi adət etdiyimiz kimi şadlıq sarayında
deyil, VİP çadırda təşkil olunub. Qədim adət-ənənələrinə söykənən
toy sahibləri bəylə gəlin üçün çadırda xüsusi kürsü
düzəldiblər.
Toy həm şən, həm də yeməklərin bolluğu ilə seçilirdi. Toyun sonuna
yaxın, tamada bəylə gəlinin şərəfinə yallı oyun havası sifariş
verib. Rəqsə bəylə gəlin də dəvət olunub. Oyunun şirin yerində
gəlinin qohumlarından biri içkili vəziyyətdə aranı qarışdırıb.
Sərxoş şəxs rəqsi yarıda saxlayıb və gəlinin üstünə cumub. Həmin
şəxs gəlini qucaqlayıb və ürək sözlərini demək istəyib. Bu hərəkət
bəyin xoşuna gəlməyib və həmin şəxsi itələyib. Bəyin qəfil
hərəkətindən müvazinəti saxlaya bilməyən həmin şəxs üzü üstə
yıxılıb.
Orta yaşlı şəxsin bu vəziyyətə düşməsindən əsəbləşən sərxoşun
yaxınları bəyin üstünə hücum çəkiblər. Bəyin gəlinin qohumları
tərəfindən döyüldüyünü görən oğlan adamı işə müdaxilə ediblər.
Davanın miqyası böyüyüb.
Aranı sakitləşdirmək üçün ağsaqqallar işə qarışıb. Bəyi kütlənin
əlindən alıblar. Bəylə gəlini çadırdan çıxarıblar. Sərxoş şəxsləri
isə birtəhər sakitləşdiriblər.
Hadisə şahidlərinin sözlərinə görə, bir neçə şəxs tərəfindən
döyülən bəyə ilkin yarıdm göstərilib. Sonradan yeni ailə həyatı
quran cütlük evlərinə yola salınıb. Hadisə yerinə polis gəlməmiş
ara sakitləşdirilib.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi