Əli Əhmədov: "Dərman satışında bahalaşmanın qarşısı alınacaq"
Bizi izləyin

Qırmızı.az

Əli Əhmədov: "Dərman satışında bahalaşmanın qarşısı alınacaq"

Əli Əhmədov: "Dərman satışında bahalaşmanın qarşısı alınacaq"

Baş nazirin müavini Əli Əhmədov Azəbaycanda dərmanların vahid qiymətə satılması ilə bağlı təkliflərə münasibət bildirib.

Ə.Əhmədov qeyd edib ki, bu, çox aktual məsələdir.

“Təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycanda dərman pereparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir. Bu, bəzi dərman satışı ilə məşğul olanların vəziyyətdən sui-istifadə etməsinin nəticəsidir”.

Bu cür neqativ halların aradan qaldırılmasına çalışıldığını bildirən hökumət rəsmisi deyib ki, qeyd olunan sənəd yaxın vaxtlarda təsdiq olunacaq.

“Amma bu sadə bir məsələ deyil. Azərbaycanda satılan dərmanlar real qiymətindən baha satılmamalıdır. Bir tərəfdən də Azərbaycanda real bazar qiymətləri də mövcuddur”.

Baş nazirin müavini onu da vurğulayıb ki, Azərbaycanda dərman satışı ilə bağlı süni bahalanma hallarının qarşısı alınacaq.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm