“Mc Donalds Azərbaycan”da “Açıq qapı günü” (R) (FOTO)
Bizi izləyin

Qırmızı.az

“Mc Donalds Azərbaycan”da “Açıq qapı günü” (R) (FOTO)

“Mc Donalds Azərbaycan” da “Açıq qapı günü” (R) (FOTO)

"Mc Donalds Azərbaycan” MMC fəaliyyətinin 15 illiyi ilə əlaqədar konfrans keçirib. Fərqli formatda təşkil edilən tədbirdə jurnalistlər restoranın xidmət sahələri tanış olublar. Məhsulların keyfiyyəti, necə hazırlanması, idxal edildiyi ölkələr, saxlanma şəraiti, istehsal olunması prosedurları, tərkibi haqqında məlumat verilib.

Əvvəlcə KİV nümayəndələri sadalanan proseslə yerindəcə tanış olub. Bildirilib ki, şirkət müştərilə ilə yanaşı, işçilərinin də istirahətini düşünür. Ona görə də ilk tanışlıq şirkət əməkdaşları üçün ayrılmış istirahət otağından başlanıb.

Burada istirahət edərkən televizora baxa, komputerdən istifadə edə bilərlər. Hər 4 saatlıq iş prosesindən sonra işçilər yarım saat istirahət edir. Işçilərin istirahəti ilə yanaşı, xüsusi geyim otağı da yaradılıb. Hər bir əməkdaş geyimlərini öz şkafında saxlayır.

Daha sonra qidaların saxlanma kameralarına baxış keçirilib. Şirkətin keyfiyyətə nəzarət üzrə meneceri Anar Osmanov bildirdi ki, içkilər müştəri sifariş verən anda hazırlanır. Belə ki, qazlı içkilər hazır sirob şəklində idxal edilir. Müştəri sifariş verəndə hazırlanır, yəni əvvəldən nə şüşə, nə də plasmas qablarda saxlanır. Tərkibinə qatılan su isə xüsusi aparatlarla filtrasiya sistemindən keçir. İçkilər ayda bir dəfə xarici ölkələrdə yoxlamadan keçir, tələblərə uyğun olması ilə bağlı sertifikat alır.

A.Osmanov bildirdi ki, məhsulların saxlandığı xüsusi kameralarda isə temperatur beynəlxalq standartlara uyğun müəyyən edilib. Belə ki, dondurma rejimində məhsullar mənfi 23, soyutmada isə 1-4 dərəcədə saxlanılır.

Otaq temperaturunda saxlanması lazım olan məhsullar- duz, şəkər , siroblar üçün də standartlara uyğun rejim seçilib. Onların saxlandığı otaqda da temperatur beynəlxalq tələblərə uyğun olur. Beynəlxalq standartlarda temperatur 10-27 arası dəyişməlidir. Azərbaycan kimi Şərq ölkələrində 15-30 dərəcə otaq temperaturu uyğun hesab edilir. Bundan başqa, şirkət məhsulları xarici ölkələrdən idxal etsə də, bütün qablaşdırmaların üzərindəki yazılar Azərbaycan dilindədir.

Məhsulların saxlanmma şəraiti tanış olduqdan sonra, sıra onların istehsal olunduğu yerdədir. İstehsalat sahəsinə daxil olarkən həm xalat geyinilir, həm də başa xüsusi papaqlar qoyulur. Məhsulların hazırlanması ilə məşğul olan işçilər bura daxil olan kimi xüsusi geyimdə olur və əllərini mütləq yuyurlar. Otaqda quraşdırılmış xüsusi cihaz hər yarım saatdan bir işçilərə əllərini yumalı olduqlarını xatırladır. Yəni kiminsə əlini yumağı unutması mümkün deyil.

"Mc Donalds Azərbaycan” qidaların təmizlik standartı kimi keyfiyyətinə də xüsusi önəm verir. Qidalarda istifadə olunan ətlər yağsız bişirilir. Ətlər üst hissəsi müsbət 218, altı isə 177 dərəcə olan qril aparatında hazırlanır. Hər bir məhsul üçün bişmə vaxtı fərqlidir. Bu vaxta əməl edilsə də, sonradan xüsusi aparatla ətin bişib-bişmədiyi yoxlanılır. Aparat bişmiş ətə yaxınlaşdırılır, daxili temperatur ölçülür. Tepmeratur 70 dərəcədən çoxdursa, demək yeməyə uyğundur. Çünki standartlara əsasən, bişmiş ətin temperaturu 70 dərəcədən az olmamalıdır. Bişmiş ətə duz, istiotdan başqa heç nə qatılmır.

Qidalarda istifadə edilən yağların da tərkibi gün ərzində 2 dəfə Fransanın “3M” şirkətinin istehsal etdiyi xüsusi məhsulla, yağın keyfiyyəti yoxlanılır. Bu aparat yağın tərkibindəki sərbəst yağ turşularının miqdarını ölçür. Birinci xətt saralanda həmin turşuların miqdarı bir faizdən aşağıdır, ikinci xəttə keçdikdə bir faiz olur, bu zaman yağ dəyişməlidir. Aparatların özlərinda daxili filtrasiya sistemi var, bişmə sayından asılı olaraq aparat yağın dəyişdirilməsini xəbərdar edir. Bu aparatların istifadəsinə Rusiya Elmlər Akademiyası tərəfindən müsbət qiymət verilib.

Qidaların saxlanma və hazırlanma prosesindən sonra jurnalistlər həm də onların dadına baxdılar. İlk dəfə jurnalistlər üçün bu qədər açıq informasiya verən şirkət rəhbərliyinə suallar da az olmadı. "Mc Donalds Azərbaycan”MMC şirkətinin idarəedici direktoru Maqsud Mirzəyev, keyfiyyətə nəzarət üzrə meneceri Anar Osmanov və kadrlar şöbəsinin rəisi Anar Bayramov bütün sualları cavablandırdı.

15 ildir Azəraycanda fəaliyyət göstərən şirkətin 10 müəssisəsi fəaliyyətdədir, min nəfər işçisi, 200 meneceri var. Digər ölkələrdən fərqli olaraq "Mc Donalds Azərbaycan” MMC əməkdaşlarının hamısı azərbaycanlıdır. Artıq şirkət istifadə etdiyi məhsulların idxal yox, yerli istehsal olmasına maraq göstərir. Şirkətinin idarəedici direktoru Maqsud Mirzəyev bildirdi ki, bunun üçün artıq “Milla” şirkəti ilə əməkdaşlıq qurulub. Şirkətin ayranları Frankfurtda xüsusi testdən keçib və hətta dünya standartlarında daha keyfiyyətli olduğu müəyyən edilib. Bu da "Mc Donalds Azərbaycan” MMC-nin məhz “Milla” şirkəti ilə əməkdaşlıq etməsinin əsas səbəbidir. M.Mirzəyev onu da bildirdi ki, şirkət yaxın bir il, ən geci 18 ay ərzində Gəncədə yeni restoranını açacaq. Bundan sonra Sumqayıt və digər bölgələrdə istiqamətini genişləndirəcək.

"Mc Donalds Azərbaycan” gənclərin işə cəlb edilməsinə önəm verir. Hər açılan yeni restoran məhz 100 nəfərin işlə təmin edilməsi deməkdir, əməkdaşların yalnız yerli kadrlar olması ilə fərqlənən şirkət, sosial layihələr də hazırlayır. Şirkət məhsulları hər həftə yoxlamadan keçmək üçün müvafiq prosedurlara cavab verən dövlət orqanları və laboratoriyalara göndərilir.

Hər gün şirkət mütəxəssisləri tərəfindən 150-dən artıq mikrobioloji və 50-dən artıq dad testi keçirilir.

Qeyd edək ki, jurnalistlərlə belə görüşlər mütəmadi keçiriləcək. Həmçinin şirkətin xarici ölkələrdəki restoranlarında da belə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Gülxar

Fotolar Xəyalındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm