Bakı-Qazax yolunda ağır qəza: 1 ölü, 5 yaralı
Bizi izləyin

Qırmızı.az

Bakı-Qazax yolunda ağır qəza: 1 ölü, 5 yaralı

Bakı-Qazax avtomobil magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Qazax avtomobil magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

59 yaşlı Gəncə şəhər sakini İlyas Qurbanovun idarə etdiyi "VAZ 2109" markalı avtomobil "Hyundai" markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ-ın sürücüsü və sərnişinləri İ.Qurbanov, Seymur Qurbanov, Rahilə Qurbanova, Pərvanə İsmayılova, Qəyxanım Mehdiyeva və Aysu Qurbanova yaralanıblar. Xəsərat alanlar dərhal Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

"VAZ 2109"-un sürücüsü İ.Qurbanovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm