Bakıda atəşfəşanlıq olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda atəşfəşanlıq olacaq

Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Bakıda mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə atəşfəşanlıq olacaq.


Bakı şəhər İcra Hakimiyyətindən (BŞİH) publika.az-a verilən məlumata görə, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə mayın 10-da Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev Parkında Gül bayramı keçiriləcək. Bakı sakinləri həmin bayrama dəvətlidirlər.


Bayram şənlikləri Heydər Əliyev Parkında və Heydər Əliyev Sarayının arxasındakı şəhər mərkəzi parkında saat 11:00-dan başlayacaq.

Bayram saat 21:00-da Milli Parkın ərazisində Saat qülləsinin yanında bayram konserti və möhtəşəm atəşfəşanlıqla davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm