Füzulidə 9 May Qələbə günü qeyd olundu
Bizi izləyin

Qırmızı.az

Füzulidə 9 May Qələbə günü qeyd olundu

Füzulidə 9 May Qələbə günü qeyd olundu

Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursu füzulililər tərəfindən rəğbətlə qarşılanır, onlar yaradılmış şəraitə, diqqət və qayğıya əməli işləri ilə cavab verirlər.

Sevindirici haldır ki, rayonda böyük vətən müharibəsi iştirakçılarına da daima diqqət göstərilir, onların qayğı və problemləri həll olunur.

Bu fikirlər Füzuli rayonunda alman faşizmi üzərində qələbənin 69-ci ildönümündə bir daha vurğulanmışdır.

Bildirilmişdir ki, Füzuli rayonundan Böyük Vətən müharibəsində 1318 nəfər iştirak etmişdir. Onlardan yalnız 650 nəfəri geri qayıtmışdır.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra veteranlara göstərilən yüksək dövlət qayğısından danışmış, hazırda Prezident cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulamışdır.

Rayon Veteranları onlara göstərilən diqqət və qayğıya görə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Faşizm üzrərində qələbənin növbəti ildönümü, 9 May Qələbə Bayramı münasibətilə rayondan olan 17 nəfər müharibə iştirakçısına ölkə başçısının tapşırığı ilə birdəfəlik maddi yardım olunmuşdur.

Qeyd edək ki, rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin tapşırığı ilə 9 May Qələbə Günü münasibətilə müharibə veteranlarına bayram sovqatları paylanmışdır.

Müharibə veteranları son vaxtlar gənclərin və yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinə rayonda ciddi diqqət yetirilməsinin ölkədə aparılan siyasi işlərlə ahəngdarlıq təşkil etdiyini bildirmişlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm