Qırmızı.az
Bakıda 37 yaşlı kişi mənzilində ölü tapılıb
Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1977-ci il təvəllüdlü Vüqar Sultan oğlu Bayramov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri
hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti
qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının
dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli
yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə xüsusi alət və
avadanlıqlar vasitəsilə qalxaraq pəncərədən daxil olublar.
Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının
həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində
V.Bayramovun vəfat etdiyi müəyyən edilib. Əməliyyat saat 14: 29-da
başa çatıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR