Bakı-Şamaxı yolunda ağır yol qəzası - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakı-Şamaxı yolunda ağır yol qəzası - FOTOLAR

Bir neçə dəqiqə öncə Şamaxı-Pirqulu yolunun Nağaraxanadan (keçmiş Kirovka) hissəsində dəhşətli yol qəzası baş verib.

Bir neçə dəqiqə öncə Şamaxı-Pirqulu yolunun Nağaraxanadan (keçmiş Kirovka) hissəsində dəhşətli yol qəzası baş verib.

“Axar.az”ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, 99 EO 556 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil yüksək sürətlə Pirquludan Şamaxı istiqamətində enərkən, Nağaraxana ərazisində sərt döngəni kəsə bilməyib və bir neçə dövrə vuraraq, yolun kənarına dığırlanıb.

Xoşbəxtlikdən, avtomobildə olanlar xəsarət almayıb və maşından düşərək, dərhal hadisə yerini tərk ediblər. Qısa müddətdən sonra hadisə yerinə gələn avtomobil sahibinin yaxınları dövlət nömrəsini açaraq, toplaşanların yardımı ilə maşını təkərləri üstə çeviriblər.

Şahidlər ehtimal edir ki, sürücü və sərnişinlər sərxoş olduğu üçün hadisə yerindən qaçıblar.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları hələ gəlib çıxmayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm