Metroda reklam qadağası götürülə bilər
Bizi izləyin

Qırmızı.az

Metroda reklam qadağası götürülə bilər

Mertoda reklam qadağası götürülə bilər

“Metroda reklamların bərpa edilməsi ilə bağlı konkret qərar yoxdur. Lakin onların yenidən bərpası istisna deyil. Bu zaman isə müasir görünüşlü reklam lövhələrindən istifadə ediləcək. Sərnişinləri narahat edəcək üsullardan istifadə edilməyəcək”.

Bu barədə publika.az-a Bakı Metropoliteninin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, əvvəlki kimi kustar üsullarla hazırlanmış reklamlar istifadə edilməyəcək:

“Kağız formasında hazırlanacaq reklamlar isə daha keyfiyyətli olacaq. Əvvəl kim nə istəsə yapışdırır, sonra onları təmizləmirdilər. Buna nəzarət edilmirdi, bu da çirkli görüntü yaradırdı. Bütün bunlar insanları narahat etdiyindən, artıq reklamların bu formada yerləşdiriləməsinə imkan verilməyəcək”.

Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ticarət obyektləri ləğv edilən stansiyaların hamısında kosmetik təmir işləri aparılır. Hansı stansiyalarda əsaslı təmirə ehtiyacı olarsa, bu proses həyata keçiriləcək.

Mətbuat xidmətindən onu da bildirdilər ki, hazırda istifadə olunn qatarlar köhnədir və yeniləri alınacaq:

“Metropolitendə müasir tipli qatarlar alınması planda var. Hazırda istifadə olunanlar köhnədir, ən son 2000-ci illərdə alınıb, yenilənməsinə ehtiyac var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm