İş axtaranların nəzərinə!
Bizi izləyin

Qırmızı.az

İş axtaranların nəzərinə!

İş axtaranların nəzərinə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ayın sonunadək daha 4 rayonda əmək yarmarkası keçirəcək.


ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən publika.az-a verilən məlumata görə, Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən may ayının sonunadək Naftalan şəhərində, Yardımlı, Qobustan və Şəki rayonlarında əmək yarmarkaları keçiriləcək.


Hazırda həmin şəhər və rayonların məşğulluq orqanları tərəfindən tədbirlərə hazırlıq işləri çərçivəsində işəgötürənlərdən boş (vakant) iş yerləri barədə məlumatlar toplanır. Tədbirlərdə ayrı-ayrı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi də təmin olunacaq.


Bu ildə bölgələr üzrə Şəmkir və İsmayıllı rayonlarında artıq əmək yarmarkaları keçirilib və bu tədbirlərdə 233 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 15 nəfər peşə hazırlığı kurslarına, 14 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm