Doğuşdan 4 gün sonra ölən ananın ürək ağrıdan hekayəti
Bizi izləyin

Qırmızı.az

Doğuşdan 4 gün sonra ölən ananın ürək ağrıdan hekayəti

Astara şəhərində qeysəriyyə yolu ilə dünyaya uşaq gətirən ananın ölüm səbəbi bəlli olub.



Anspress-in bölgə müxbiri məsələ ilə bağlı bütün aidiyyatı şəxslərlə görüşərək məsələyə aydınlıq gətirməyə çalışıb.



Belə ki, dünyaya gəlişindən 4 gün sonra anasız qalan körpə indi Nağıyevlər ailəsi üçün göz dağına çevrilib. Uşağın atası Ramin anasız körpəni ovundurmağın çox çətin olduğunu deyir. Əmisi qızı Nərminlə 4 illik ailə həyatının meyvəsi olan körpəsininnin doğuluşu atanı nə qədər sevindirsə də, həyat yoldaşının doğuşdan 4 gün sonra qəfil ölümü hamını yasa batırıb. Gənc ananın vaxtsız ölümünün səbəblərini ilk əvvəl zərərçəkən tərəfdən öyrənməyə çalışdıq.



Nərminin atası Nadir Əsgərovun sözlərinə görə, qızının ölümü təzyiqdən olub. Ginekoloq Elmira Əliyeva isə deyir ki, Nərmin mayın 6-da, gecə saatlarında çox ağır vəziyyətdə mama ginekoloji şöbəyə gətirilib: "Gətirilərkən təzyiqi çox yüksək olduğundan dərhal bütün müayinələrdən keçirilib və xəstə cərrahi əməliyyata götürülüb. Əməliyyat uğurla keçib. Əməliyyatdan sonra xəstənin təzyiqi də normallaşıb. Mayın 10-da 23 radələrində xəstənin qəflətən qan təzyiqi qalxıb. Təngənəfəslik yarandı. Biz özümüzü çatdırdıq, nə lazımdır tədbirlər göstərdik. Amma xəstə bizim gözümüzün qabağında göyərdi və vəfat etdi".



Ginekoloqun fikrincə Nərminin 148 kq çəkidə olması da ağırlaşmalara səbəb olub. 27 yaşlı ana son anında qızını atasına tapşırıb və adını da Rufanə qoyub. 3 kq çəkidə olan körpə ana nəvazişindən məhrum böyüməli olacaq.



Qeyd edək ki, gənc ananın ölüm səbəblərini Astara rayon prokurorluğu araşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm