90.000 manatlıq uduş fondlu lotereyanın növbəti qalibləri (R)
Bizi izləyin

Qırmızı.az

90.000 manatlıq uduş fondlu lotereyanın növbəti qalibləri (R)

90.000 manatlıq uduş fondlu lotereyanın növbəti qalibləri

“Unibank-dan götürdüyüm ilk kredit mənə uğur gətirdi. Götürdüyüm kreditdən də çox, pul uduşu qazandım. Görünür, Unibank-ın müştərisi olmağın üstünlüyü də bundadır.”- bunu Unibank-dan kredit götürdüyü üçün pul uduşu qazanan Nağı Xanabatlı deyir. Unibank-ın “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının 7-ci tirajının qaliblərindən olan Nağı Xanabatlı, indiyədək bir çox banklardan kredit götürdüyünü, amma Unibank-da müştərilərə xidmətin daha yüksək səviyyədə olduğunu deyir.

Səfurə Salayeva da Unibank-dan kredit götürdüyü üçün lotereya qalibləri sıyahısına düşüb: “Həyatımda ilk dəfədir ki lotereya qalibi oluram, çox sevindim.Həmişə filiala kredit ödəməyə gedəndə, bank işçiləri məni çox səmimiyyətlə qarşılayırlar. Unibank-da xidmət səviyyəsindən çox razıyam”.

Qeyd edək ki, Unibank-ın “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının 7-ci tirajının 26 qalib seçilib. Müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduş fondunun nəticələrinə əsasən,qaliblərdən 20 nəfər 100 manat , 4 nəfər 500 manat, 2 nəfər isə 1000 manat pul mükafatı əldə ediblər.

Lotereya tirajlarında ümumilikdə 390 lotereya iştirakçısı qalib elan ediləcəkdir. Uduşun ümumi fondu 90 000 AZN təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. Hər tirajın uduş məbləği 6000 AZN təşkil edir. Pul uduşu ilk növbədə qalib müştərinin kreditinin ödənilməsinə yönləndirilir və kredit mükafat hesabına tam ödənildikdən sonra artıq qalan məbləğ olarsa, o zaman qalibə qalıq məbləğ təqdim edilir.

Qaliblərin siyahısı bankın saytında yerləşdirib (http://www.unibank.az/az/about-bank/news/248/) və “525-ci qəzet”də dərc olunub. Lotereyanın növbəti – 8-ci tirajı 04.06.2014-cü il tarxində keçiriləcək.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm