“Azərbaycan hər zaman Türkiyənin yanında olacaq” – Abid Şərifov
Bizi izləyin

Qırmızı.az

“Azərbaycan hər zaman Türkiyənin yanında olacaq” – Abid Şərifov

“Azərbaycan hər zaman Türkiyənin yanında olacaq” – Abid Şərifov

Türkiyənin Soma şəhərində yerləşən kömür mədənində baş vermiş faciə ilə bağlı bu gün Türkiyənin Azərbaycandakı Səfirliyində anım mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə iştirak edən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov bildirib ki, kömür mədənində baş verən partlayış ağır bir faciədir: "Azərbaycan olaraq Türkiyədə ölən vətəndaşlara Allahdan rəhmət diləyirik. Azərbaycan hər zaman Türkiyənin yanında olub, bundan sonra da yanında olacaq”.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coçkun isə bildirib ki, Azərbaycanda anım tədbiri "bir millət iki dövlət" prinsipilə keçirilir: "Azərbaycan Prezidentindən aldığımız başsağlığı mesajı, eyni zamanda Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir".

Anım tədbirində Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, Türkiyənin ölkəmizdə olan iş adamları, diplomatik korpusların nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb.

Hazırda 120 nəfər dağıntılar altındadır.İndiyədək isə mədəndən 370 nəfər çıxarılıb.

Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm