Qırmızı.az
Bir ayda 2060 qanun pozuntusu
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Əmək Müfəttişliyi Xidməti cari ilin aprel ayında
müəsissələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət
nəzarəti tədbirlərini davam etdirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən
məlumata görə, dövlət nəzarəti zamanı 2060 halda əmək
qanunvericiliyinin pozulması faktı aşkarlanıb ki, bu rəqəm ötən
ilin aprel ayına dair müvafiq göstərici ilə müqayisədə 9 dəfə
çoxdur.
Həmin hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Tətbiq olunmuş cərimələrin 52,6 faizi (196 922 manat) dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin aprel ayında ödənilən məbləğlə müqayisədə 36 dəfədən çoxdur.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi vətəndaşların əmək hüquqlarının təminatı, həmçinin iş yerlərində onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına yönəlib.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı