Qırmızı.az
36 dərəcə isti olacaq
Yaxın iki gün ərzində Azərbaycanın bəzi yerlərində havanın temperaturu 36 dərəcəyə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, yaxın iki gün ərzində Bakıda havanın temperaturu 33-34 dərəcəyə kimi yüksələcək və iqlim normasından yüksək olacaq. Mülayim külək əsəcək. Hava şəraiti nisbətən sabit, dəyişkən buludlu, yağmursuz olacaq.
Yaxın iki gün ərzində Aran rayonlarında havanın temperaturu 35, bəzi yerlərdə 36 dərəcəyə yüksələcək.
U.Tağıyeva bildirib ki, hazırda Bakıda havanın tempeturu iqlim normasından 3 dərəcə yüksəkdir. Ötən günlərdə isə temperatur iqlim normasından 5-7 dərəcə yüksək olub. Amma ötən günlərdə də rekord temperatur göstəricisi qeydə alınmayıb. Yüzillik meteoroloji müşahidələrə görə, Bakıda mayda rekord göstərici, yəni ən yüksək tempertur 35 dərəcə olub.
U.Tağıyeva bildirib ki, son günlərdə Bakı və Abşeron yarımadasında gündüz saatlarında 31-32 dərəcə isti qeydə alınıb. Bu da bu il Bakı və Abşeronda may ayında qeydə alınan ən yüksək temperatur hesab edilir: "Bu temperatur normadan yüksək olsa da, rekord göstərici deyil".
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı