Qənirə Paşayevadan maraqlı təklif
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayevadan maraqlı təklif

Millət vəkili Qənirə Paşayeva ön cəbhədə yerləşən kəndlərin vergilərdən tamamilə azad edilməsini təklif edib.

Parlamentin bugünkü iclasında millət vəkili Qənirə Paşayeva Vergilər Nazirliyinə bəzi təkliflərlə çıxış etdi. Deputat Ermənistanla ön cəbhədə yerləşən kəndlərdə işsizliklə bağlı problemlərin olduğunu və yeni iş yerlərinin açılmasına böyük ehtiyac olduğunu deyib. Sərmayədarlar risk bölgəsi olduğu üçün burada iş qurmağa o qədər maraqlı deyillər. Ən azı kiçik sərmayələri bu əraziyə cəlb etmək üçün, insanların iş yerləri yaratması üçün ön cəbhə kəndlərinə vergi güzəştlərinin, vergidən azad olunmanın tətbiq olunması vacib addım olardı. Bu o kəndlərə böyük dəstək olmaqla bərabər , kiçik və orta sahibkarları bu kəndlərdə iş qurmağa təşviq edən önəmli addımlardan olardı deyən millət vəkili Qənirə Paşayeva bu məsələyə müsbət yanaşılacağına və öz həllini tapacağına inandığını deyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm