Hərbi maşın qəzaya düşüb: 3 hərbiçi xəsarət alıb
Bizi izləyin

Qırmızı.az

Hərbi maşın qəzaya düşüb: 3 hərbiçi xəsarət alıb

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

Baki-Quba yolunun 55-ci kilometrliyində, yəni Yaşma qəsəbəsinə düşən hissədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus "UAZ" markalı yük maşını ilə Zaur Məmmədovun idarə etdiyi "Mersedes" markalı avtomobil toqquşub.

Avto qəza nəticəsində minik avtomobili yolun kənarına aşıb. Hadisə zamanı minik avtomobilində 1-i sürücü olmaqla 3 nəfər xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. "UAZ" markalı yük avtomobilində isə xəsarət alan olmayıb.

Hadisə yerinə hərbi polis və yol polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. /Ans tv/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm