Rüşvət verən 15 il azadlıqdan məhrum ediləcək
Bizi izləyin

Qırmızı.az

Rüşvət verən 15 il azadlıqdan məhrum ediləcək

Özbəkistanda maraqlı qərar qəbul edilib. Bu ölkədə rüşvət verənlər həbs ediləcəklər. May ayının 15-də etibarən Özbəkistanın Cinayət Məcəlləsinə edilən yeni dəyişikliklər qüvvəyə minib.



Yeni dəyişikliyə görə, rüşvət verən adam 15 il azadlıqdan məhrum ediləcək. Cinayət Məcəlləsində edilən yeni dəyişikliyə görə, ÖR CM-nin 221-ci maddəsinin 221 və 212-ci maddələrində bu əmələ görə minimal cəza kimi əmək haqqının 50-100 misli, eləcə də, 3 və ya 5 il azadlıqdan məhrumetmə, ən ağır cəza kimi isə 1 ildən 15 ilə qədər cəza müddəti müəyyən edilib.



Bundan əlavə rüşvəti verməkdə vasitəçi olan da cəzadan kənarda qala bilməyəcək. Rüşvətin verilməsində vasitəçi olan şəxs 3 ildən 5 ilə qədər cəzalanacaq.



Bu cinayət vəzifəli şəxs tərəfindən keçirilərsə, o zaman vəzifəli şəxs 5 ildən 15 ilə qədər azadlıqdan məhrum edilə biləcək./anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm