Azərbaycan - Rusiya sərhəddində əməliyyat başladı
Bizi izləyin

Qırmızı.az

Azərbaycan - Rusiya sərhəddində əməliyyat başladı

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlara başlanıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əməliyyatlar Azərbaycanın şimal və şimal-qərb bölgəsini əhatə edir. “Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir. Əməliyyatla bağlı xüsusi polis postları qurulub. Postlarda əməliyyatçılarla yanaşı xüsusi təlim keçən itlər də var. Qusar şəhərinin girəcəyində 2 sərhəd postu qoyulub. Bundan əlavə şəhərə girən nəqliiyyat vasitələri, xüsusi təlim keçən itlər vasitəsi ilə maşınların baqaj hissələri yoxlanılır.

Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır. Əməliyyat may ayının 25-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm