Türkiyənin Azərbaycandakı səfiri ADİU-da olub
Bizi izləyin

Qırmızı.az

Türkiyənin Azərbaycandakı səfiri ADİU-da olub

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Azərbaycan Dövlət İqtisad Universitetində olub. Səfir ADİU-nun rektoru, professor Ədalət Muradov ilə görüşdə ali təhsil ocağında aparılan islahatları dəstəklədiyini bildirərək, bu istiqamətdə lazım olan bütün köməyi göstərməyə hazır olduğunu vurğulayıb.

Görüşdə Türkiyə universitetləri ilə əməkdaşlığın və təcrübə mübadiləsinin dərinləşdirilməsi, Türkiyə səfirliyinin nümayəndələrinin ADİU-da seminarlar keçməsi, qardaş ölkədən Azərbaycana gələn dövlət və biznes adamlarının tələbələrlə görüşlərinin təşkili, ali təhsil ocağında türk dünyasının iqtisadi məsələlərini araşdıracaq elmi strukturun formalaşması və digər məsələlər müzakirə olunub. Eyni zamanda görüşdə ADİU tələbələrinin Azərbaycandakı türk şirkətlərində təcrübə keçməsi haqda da razılıq əldə edilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm