Qırmızı.az
Mehriban Əliyeva Vyetnamda Ədəbiyyat Məbədi ilə tanış olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mayın 19-da
Hanoy şəhərində Ədəbiyyat Məbədi ilə tanış olmuşdur.
Azərbaycanın birinci xanımına məlumat verildi ki, Ədəbiyyat
Məbədinin əsası 1070-ci ildə imperator Li Than Tonq tərəfindən
qoyulmuşdur. Məbəd Çin alimi Konfutsiyə həsr edilmişdir. 1076-cı
ildə Ədəbiyyat Məbədinin ərazisində Kral, dövlət qulluqçuları,
zadəgan və digər elit təbəqəyə məxsus ailələrin övladlarının təhsil
alması məqsədilə universitet - İmperial Akademiya yaradılmışdır.
Bu, Vyetnamın ilk milli universiteti hesab olunur. Dövlət
imtahanlarında yüksək nəticələr əldə etmiş şəxslərin adları məbədin
həyətindəki xüsusi daş lövhələrin üzərində qeyd olunurdu. Həmin daş
lövhələrdən 82-si məbədin həyətində nümayiş etdirilir. Ümumi sahəsi
54 min kvadratmetr olan kompleksin ərazisində Ədəbiyyat gölü, park
və s. vardır.
Tran sülaləsinin hakimiyyəti dövründə (1225-1400-cü illər) məbəddə
yenidənqurma işləri aparılmışdır. Təmir işləri digər sülalələrin
hakimiyyətləri dövründə də ardıcıllıqla davam etdirilmişdir.
Təqribən iki əsr ərzində müharibələrə və fəlakətlərə baxmayaraq,
binanın orijinal memarlıq üslubu qorunub saxlanmışdır. Ədəbiyyat
Məbədində əsaslı təmir işləri 1920-ci, 1954-cü və 2000-ci illərdə
aparılmışdır. Ədəbiyyat Məbədi 1906-cı ildə - Fransa
müstəmləkəçiliyi dövründə tarixi abidə kimi qeydiyyata alınmışdır.
Kompleks 2010-cu ildə UNESCO-nun dünya mədəni irs siyahısına daxil
edilmişdir.
Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edildi.
Azərbaycanın birinci xanımı İmperial Akademiyanın tələbələrinin
ifasında Vyetnam xalq musiqisini dinlədi.
Sonra xatirə şəkli çəkdirildi.
Birinci xanım Mehriban Əliyeva Ədəbiyyat Məbədindən zəngin
təəssüratla ayrıldı.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan