FHN Xaçmazda təlim keçib
Bizi izləyin

Qırmızı.az

FHN Xaçmazda təlim keçib

Xaçmaz şəhərində Fövqəladə Hallar Nazirliyinin qurumlarının və digər mərkəzi icra hakimiyyəti orqanlarının qüvvələrinin iştirakı ilə taktiki xüsusi təlim keçirilib.

Publika.az-ın FHN-in saytına istinadən veridiyi xəbərə görə, “Meşə yanğınları zamanı Şimal Regional Mərkəzinin, Nazirliyin qurumlarının regionda yerləşən struktur bölmələri və digər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin təşkili ” mövzusunda olub.

Təlimin keçirilməsində məqsəd Şimal Regional Mərkəzinin, Nazirliyin qurumlarının regionda yerləşən struktur bölmələri və digər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində peşəkarlıqlarının daha da artırılması, eləcə də yanğın söndürmə və xilasetmə bölmələrinin şəxsi heyətinə fövqəladə hadisələr zamanı qarşıya qoyulan tapşırıqların birgə fəaliyyətdə yerinə yetirilməsi sahəsində əməli vərdişlərin aşılanmasından ibarət olub.

Təlimi fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev izləyib. Təlimə FHN-in 113 canlı qüvvəsi, 2 helikopteri, çoxlu sayda maşınları cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm