Qıza söz atan belə döyüldü - VİDEO
Bizi izləyin

Qırmızı.az

Qıza söz atan belə döyüldü - VİDEO

Universitet tələbəsi sevgilisinə söz atanı odunla döyüb.

Türkiyədə universitet tələbələrindən biri özündən iki yaş kiçik birini sevgilisini narahat etdiyi üçün döyüb. Adananın Karaisalı rayonunda 20 yaşlı Emre Kuşçu sevgilisini narahat edən 18 yaşlı Ünal Özcanı odunla döyərək ağır yaralayıb.

Hadisə rayon mərkəzindəki internet-klublardan birində baş verib. Hadisənin baş verdiyi an obyektin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Emre Kuşçu əlində odun parçası internet-kluba daxil olaraq orada əyləşən Ünal Özcana yaxınlaşır və onu döyərək hadisə yerindən qaçır.

Başından aldığı zərbələr nəticəsində ağır yaralanan Ünal Özcan təcili yardımla Karaisalı Dövlət Xəstəxanasına çatdırılıb. yaralıya göstərilən ilk tibbi müdaxilədən sonra Çukurova Tüfekçi Dövlət Xəstəxanasına göndərilib. Reanimasiyada olan Ünalın komaya düşdüyü deyilir.

Emre Kuşçu isə qısa müddətdə polis tərəfindən saxlanılıb. O, izahatında Ünal Özcanın sevgilisini narahat etdiyini bildirən Emre Kuşçu prokurorun təlimatı ilə azadlığa buraxılıb. /ANS Press/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm