Bir əsgər ölüb, digəri yaralanıb
Bizi izləyin

Qırmızı.az

Bir əsgər ölüb, digəri yaralanıb

Əsgərlərin biri ürək çatışmamazlığından ölüb, digəri təhlükəsizlik qaydalarını pozub

Azərbaycan Silahlı Qüvvələrində iki insident baş verib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər kİ, nazirliyin Naxçıvan Muxtar Respublikasındakı hərbi hissəsinin birində müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Əkbər Əliyev ürək çatışmazlığından vəfat edib.

Mətbuat xidməti həmçinin bildirib ki, cəbhə bölgəsində yerləşən hərbi hissədə 19 yaşlı əsgər Xaqani Hüseynov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəşlə yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

X Hüseynov Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.Faktla bağlı cinayət işi qaldırılıb, araşdırılma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm