Rüstəm İbrahimbəyov: “Azərbaycana qayıtmaq istəmirəm” – MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Rüstəm İbrahimbəyov: “Azərbaycana qayıtmaq istəmirəm” – MÜSAHİBƏ

Rüstəm İbrahimbəyov: “İmtahanım var” – MÜSAHİBƏ

Milli Şuranın fəxri sədri, “Milyarderlər İttifaqı” kimi tanınan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının üzvü Rüstəm İbrahimbəyovun Publika.az-a müsahibəsi:

- Hazırda nə işlə məşğulsunuz?

- Başım imtahanlara qarışıb. Mayın sonunadək imtahanlarım var. İmtahanlar başa çatandan sonra iyunun 1-dən 15-ədək Tiflisdə səfərdə olacam. Çünki hazırda “Qafqaz üçlüyü” adlı film çəkirik. Bu filmin prodüseri mənəm. Tiflisdə işlərimi görəndən sonra, yəni, iyunun 15-dən sonra Moskvaya qayıdacam. Moskvada festival keçiriləcək, ora mən də fəxri qonaq kimi dəvət olunmuşam.

- Bəs Bakıya nə vaxt qayıdacaqsınız?

- Bilirsiniz, indi mənim Bakıya qayıtmaq meylim yoxdur. Hazırda Azərbaycana qayıtmağı düşünmürəm. Çünki indiki vəziyyət məni çox narahat edir. Ona görə də hələlik Bakıya gəlməyə vaxtım yoxdur. Digər tərəfdən isə hələ ki, Bakıya qayıtmaq istəmirəm.

- ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi son müsahibəsində söylədiyi fikirlərə sizin münasibətiniz necədir?

- Bilirsiniz, bu, çox mürəkkəb məsələdir. Rusiyanın ABŞ-la münasibətləri korlanır. Bu isə Azərbaycan hökumətini çətin vəziyyətə sala bilər. Çünki burada Azərbaycan iki böyük dövlətin – ABŞ və Rusiyanın arasında qalır. Hazırda Azərbaycan ilə nə Rusiya, nə də ABŞ arasında heç bir yaxınlaşma görmürəm. Gördüyüm ancaq odur ki, Rusiya Azərbaycana göz yumur.

- ABŞ səfiri müsahibəsində deyir ki, Ukrayna hadisələri Azərbaycanda da təkrarlana bilər. Bu məsələ barədə sizin versiyanız nədən ibarətdir?

- Xeyr, mən əksini düşünürəm. Məncə, Ukrayna hadisələri, o cümlədən Krım məsələsi Azərbaycana kömək edə bilər. Çünki Ermənistan vaxtilə beynəlxalq qanunları pozaraq bizim torpaqları zəbt edib və dünya birliyi də buna göz yumub. Ancaq indi vəziyyət dəyişib. İndi Qərb düşünür ki, Rusiyaya təzyiq ediriksə, o zaman Ermənistana da etməliyik. İndi Qərb öz səhvini anlayır və Azərbaycana kömək edə bilər. Yəni, Qərb nəhayət ki, Azərbaycanın da müdafiəsinə qalxacaq.

- Belə çıxır ki, indiki dövrdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli mümkündür?

- Mənə elə gəlir ki, Ermənistan və Azərbaycan tərəfi kompromisə getməlidir. Belə olduğu halda münaqişənin həlli də real görünür. Çünki Azərbaycanın Rusiya ilə münasibətləri nə qədər normal olsa, Kreml hökuməti də münaqişənin həllinə mane olmaz.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm