Uşaq döyən müəllimə nazirliyə çağırıldı (VİDEO) - YENİLƏNİB - 2
Bizi izləyin

Qırmızı.az

Uşaq döyən müəllimə nazirliyə çağırıldı (VİDEO) - YENİLƏNİB - 2

İnternatda döyülən uşaq: “O, məni möhkəm döydü“– VİDEO

İnternat evində 7 yaşlı uşağı döyməkdə ittiham edilən müəllimə Təhsil Nazirliyinə çağırılıb. Bu barədə məlumat ANS PRESS-ə 7 nömrəli xüsusi internat məktəbindən verilib. Məktəbin əməkdaşı Afaq müəllimənin bu gün səhər hadisə ilə bağlı nazirliyə çağırıldığını deyib.

10:04

Bizimyol.info saytı Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın xəsarət alması ilə bağlı məlumat yaymışdı.

Məlumatda uşağın müəlliməsi tərəfindən döyülməsini bildirmişdi. Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirmişdi ki, ilkin araşdırma nəticəsində uşağın neçə gün qabaq axşam saatlarında qaçarkən yıxılaraq alnından zədə alması və gözünün altındakı o qaraltıların da aldığı zədənin nəticəsində yarandığı qənaətinə gəlinib. YouTube portalında həmin uşağın videosu yayılıb. O, məktəbin direktoru tərəfindən döyüldüyünü açıq şəkildə bildirir. Həmin videonu təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm