ASAN-dan yenilik: Növbəni online izlə
Bizi izləyin

Qırmızı.az

ASAN-dan yenilik: Növbəni online izlə

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin www.asan.gov.az internet səhifəsində mərkəzlərin növbə göstəricilərini elektron formada əks etdirən funksional bölmə yaradılıb.


“Növbə göstəriciləri” funksional bölməsində “ASAN xidmət” mərkəzləri üzrə gün ərzində müvafiq müddət çərçivəsində xidmət göstərilən və növbədə gözləyən şəxslərin sayı, həmçinin xidmət üzrə orta gözləmə vaxtı da əks olunur. Bundan başqa bölmədə istifadəçilər növbə götürmüş və xidmət göstərilməsi üçün nəzərdə tutulan növbəti müraciətlərin sayını da izləmək imkanı əldə edirlər.


www.asan.gov.az internet səhifəsinin istifadəçiləri “Növbə göstəriciləri” funksional bölməsindəki “ASAN xidmət” mərkəzləri hissəsini seçməklə aidiyyati xidmətlər üzrə müvafiq mərkəzlərdəki xidmət göstərilmiş və göstərilməsi nəzərdə tutulan növbəti müraciətlərin sayı ilə də yaxından tanış ola bilərlər.

Bakıda qeydiyyat məhdudiyyəti aradan qaldırılandan sonra bu yenilik olduqca faydalıdır və yerinə düşür. Belə ki, siz indi daha az növbənin olduğu ASAN şöbəsini seçərək, ora üz tuta bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm