Kamança müəllimi 19 şagirdinə təcavüz edib
Bizi izləyin

Qırmızı.az

Kamança müəllimi 19 şagirdinə təcavüz edib

34 yaşlı kamança müəlliminin hamısı oğlan olan 19 şagirdinə qarşı bu və ya başqa formada təcavüz etdiyi aşkarlanıb.

Gün.Az “Vatan” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Trabzon vilayəti Beşikdüzü qəsəbəsində yaşanan bu rəzalət haqqında məlumat alan polis əxlaqsız “müəllim”i həbs edib.

Məlumata görə, 34 yaşlı kamança müəllimi İrfan A. barəsində təcavüz ittihamı ilə polisə şikayət edən ilk şəxs onun təcavüzə məruz qoyduğu şagirdlərindən birinin valideynləri olub. Polisin apardığı araşdırma nəticəsində kamança müəlliminin daha 18 oğlan şagirdə davamlı təcavüz etdiyi üzə çıxıb. 19 nəfərə qarşı cinsi istismar, təcavüz, azadlığa təhdid və əxlaqsızlıqda ittiham olunaraq məhkəmənin qərarı əsasında həbs olunan İrfan A. bu əxlaqsızlığını uşaq vaxtı üzləşdiyi hadisə ilə əlaqələndirməyə çalışıb: “9 yaşım olanda təcavüzə uğradım. Bu olaydan sonra həyatıma passiv homoseksual olaraq davam etdim”. İrfan A. üzləşdiyi təcavüzə istinad edərək, ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm