Nazirlikdən körpə ölümü açıqlaması (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən körpə ölümü açıqlaması (YENİLƏNİB)

Səhiyyə Nazirliyindən Sabunçu rayonunda yerləşən xəstəxananın Ginekoloji şöbəsində doğuşdan sonra dünyasını dəyişən uşaqla bağlı açıqlama veriblər.


Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ana hamiləliyi zamanı stress keçirib: “Ananın patologiyası olub. İlan görüb, stress keçirib. Stress onun bətnində olan uşağa da təsir edib. Uşaq reanimasiyada ölüb”.

10: 56

Bakıda doğuş zamanı daha bir uşaq ölümü qeydə alınıb.


Ananın yaxınlarının ANS PRESS-ə verdikləri məlumata görə, hadisə ötən gün Sabunçu rayonunda yerləşən xəstəxananın Ginekoloji şöbəsində baş verib. Məhərrəmova Fəridə doğuş sancıları ilə xəstəxanaya yerləşdirilib. Ananın yaxınlarının sözlərinə görə əvvəl həkimlər doğuşun normal keçdiyini deyiblər. Doğuşdan sonra isə həkimlər uşağın öldüyünü söyləyiblər:


“Ananın birinci hamiləliyi idi. Həkimlər ölü doğulan uşağın oğlan olduğunu dedilər. Uşağın nə səbəbə öldüyü barədə bizə heç bir məlumat vermədilər. Bu bir həftə ərazində həmin xəstəxanada doğuş zamanı 3-cü ana-bala ölümüdür".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm