Balaş Azəroğlunun nəvəsi tələbələrlə görüşüb
Bizi izləyin

Qırmızı.az

Balaş Azəroğlunun nəvəsi tələbələrlə görüşüb

Azərbaycan poeziyasında özünəməxsus dəsti-xətti, orijinal üslubu ilə seçilən Balaş Azəroğlunun və Mədinə Gülgünün nəvəsi Azərbaycan ədəbiyyatı muzeyinin elmi işçisi Aysel Abizadə ilə görüş keçirilib. Publika.az-ın məlumatına görə, görüş Bakı Slavyan Universitetinin jurnalistika və Azərbaycan filologiyası fakültəsində “Auditoriya +” layihəsi çərçivəsində baş tutub.

Görüşdə çıxış edən Azərbaycan ədəbiyyatı kafedrasının professoru Nizami Məmmədov Balaş Azəroğlunun yaradıcılığı, zəngin bədii irsi barədə tələbələrə ətraflı məlumat verib. Bildirib ki, onun qələmə aldığı çoxsaylı poetik örnəklər xalqımızın milli azadlıq tarixinin bədii salnaməsi kimi şərtlənir. Şairin yaradıcılığını tematik baxımdan çeşidləyən prof. N.Məmmədov Azərbaycan ədəbi tənqidinin Balaş Azəroğluya yetəri qədər diqqət ayırmadığını da vurğulanıb.

Sonra Aysel Abizadə tədbirin təşkili üçün universitet və fakültə rəhbərliyinə təşəkkürünü bildirərək babası Balaş Azəroğlu və nənəsi Mədinə Gülgün ilə bağlı xatirələrini iştirakçılarla bölüşdü, onların bir neçə şəxsi əşyalarını nümayiş etdirib.

Sonda tələbələr Balaş Azəroğlu yaradıcılığından şeirlər təqdim ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm