Kolleclərə builki qəbul planı açıqlanıb
Bizi izləyin

Qırmızı.az

Kolleclərə builki qəbul planı açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-2015-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planını açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu il tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul üçün 6319 plan yeri ayrılıb.

9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ayrılan plan yerlərinin sayı isə 9601-dir.

Qeyd edək ki, 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ali və orta ixtisas məktəblərinə qəbul üçün keçirilən imtahanın nəticələri əsasında aparılır.

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu bu ildən başlayaraq yeni qaydada keçiriləcək. Bu il cari ilin məzunlarının orta ixtisas təhsili müəssisələrinə qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. 9 illik təhsil bazasından kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları isə imtahan verəcəklər. Həmin imtahan iyunun 29-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm