Ağdaşda yol qəzası baş verib
Bizi izləyin

Qırmızı.az

Ağdaşda yol qəzası baş verib

Ötən gün gecə saatlarında Ağdaşda iki minik avtomobili toqquşub.

Ötən gün gecə saatlarında Ağdaşda iki minik avtomobili toqquşub.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Ağdaş rayonu, Məşəd kəndində 2 minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, qəza nəticəsində "Mercedes" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm