Qırmızı.az
Azadlıq Radiosunun əməkdaşı döyüldü
Azadlıq Radiosunun müxbiri Elçin İsmayıl İsmayıllı rayonunda təzyiqə məruz qalıb. Özünün bildirdiyinə görə, o, İsmayıllının Buynuz kəndində sakinlərin şikayəti əsasında çəkiliş edirmiş. Bu zaman ərazidə olan mülkigeyimli şəxslərin hücumuna məruz qalıb. Elçin İsmayıla xəsarət yetirən həmin şəxslər onun çəkiliş apardığı kamerasını da sındırıblar:
“Sakinlər mənə şikayət etdilər ki, restoranlar su xətlərinə
qanunsuz müdaxilə edir və buna görə də kəndlərə su getmir. Çəkiliş
xahiş etdilər. Bu şikayət əsasında mən Buynuz kəndinə çəkilişə
getdim. Çəkiliş apardığım obyekt Qəbələnin Tikanlı kəndindən olan
Fazil Şəfiyevə məxsusdur. Çəkiliş zamanı onun oğlu və işçisi məni
vurdular, söyüb təhqir etdilər. Onlar kameramı alıb qırandan sonra
özümə qaytardılar. Məsələ barədə 102 xidmətinə və İsmayıllı Rayon
Polis Şöbəsinə müraciət etmişəm”.
İsmayıllı Rayon Polis Şöbəsindən 102 xidmətinə məlumat daxil
olduğunu Azadlıq Radiosuna təsdiqlədilər. Elçin İsmayıl hazırda İR
polis şöbəsindədir, ona faktla bağlı araşdırma aparılacağı vəd
edilib.
Azadlıq Radiosu xatırladır ki, mayın 16-da da – Binəqədi rayonunundakı “DSK-3” metaltökmə zavodununda çəkiliş zamanı, radionun müxbirinə bir qrup adam hücum edərək ona fiziki təzyiq göstərib, jurnalistin kamerasını və mobil telefonunu əlindən almışdılar. Azadlıq Radiosu məsələni araşdırmaq üçün Daxili işlər nazir Ramil Usubova müraciət etmişdi.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO