Jurnalist: “Xahiş edirəm, məni müdafiə edin”
Bizi izləyin

Qırmızı.az

Jurnalist: “Xahiş edirəm, məni müdafiə edin”

Avropa.info saytının baş redaktoru Ruslan Bəşirliyə “Hizbullah qalibun” ləqəbli Namiq Həşimzadə tərəfindən təhdid və hədə-qorxular davam edir.


Baş redaktor AzNews.az-a açıqlamasında bildirib ki, N.Həşimzadə sonucu dəfə dünən ona zəng vurub və onu yenidən hədələyib. R.Bəşirlinin sözlərinə görə, Həşimzadədən başqa daha bir neçə nəfər də onu sosial şəbəkələrdə hədələyir:

“Daha bir neçə nəfər facebook-da inboksuma yazırlar, “Youtube”da onun paylaşdığı videoların altında təhqiramiz ifadələr yazıb nömrələrini qoyurlar. Açıq şəkildə hədə-qorxular gəlirlər. Dünənki telefon zəngində mən ona bildirdim ki, artıq polisə də müraciət etmişəm. Bu adam polis haqda da təhqiramiz ifadələr işlətdi. Ardınca isə həmin telefon danışığımızı götürüb internetə qoydu. Təsəvvür edin ki, bu adam heç nədən qorxmur. Ondan sonra polisə müraciət elədim. Binəqədi rayonu 5-ci polis bölməsindən məni çağırdılar. Bu gün gedib yenidən ifadə verəcəyəm. Amma mən hesab edirəm ki, bu işə bölmə səviyyəsində yanaşmaq olmaz”.


Baş redaktor AzNews.az vasitəsilə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib:

“Sizin vasitənizlə Daxili İşlər nazirinə, Milli Təhlükəsizlik nazirinə müraciət edirəm. Bu, olduqca ciddi məsələdir. Mən bu adamlarla üz-üzə öz şəxsi problemimə görə gəlməmişəm və bir-birimizi tanımamışıq. Onların İranın “Səhər” televiziyasında Azərbaycan xalqı, dövləti və hakimiyyəti haqqında səsləndirdiyi təxribatçı fikirlərə təpki göstərməyim məni onların hədəfinə çevirdi. Bütün jurnalistlərdən, cəmiyyətdən məni müdafiə etmələrini xahiş edirəm. Bu adamlar açıq şəkildə təhdidə və hədə qorxuya keçiblər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm