Dünya Gənc Alimlərinin Forumu keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Dünya Gənc Alimlərinin Forumu keçiriləcək

Bakıda Dünya Gənc Alimlərinin "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" başlığı altında Beynəlxalq Bakı Forumu keçiriləcək

Publika.az-ın xəbərinə görə Forumun keçirilməsində məqsəd müxtəlif ölkələrin elmi istiqamətlərinin nümayəndələri arasında əməkdaşlığın və partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, təcrübə və yeni ideyaların mübadiləsi üçün əlverişli şəraitin yaradılması, yeni əlaqələrin qurulmasıdır. Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunda iştirak ilə bağlı dünyanın 96 ölkəsindən 1100 ərizə daxil olub. Azərbaycandan isə 250-dən çox ərizə qəbul edilib. Aparılan seçimin nəticələrinə əsasən Forumda ümumilikdə 400-ə yaxın gənc alim iştirak edəcək.

Qeyd edək ki, Forumda YUNESKO-nun Baş Konfransının sədri, YUNESKO-nun Çin Milli Komissiyasının direktoru və Çin Təhsil Nazirinin müavini cənab Hao Ping, Çernoqoriya Elm və İncəsənət Akademiyasının prezidenti cənab Momir Curoviç, Barselonanın Elmlər Akademiyasının prezidenti cənab Xaima Qil Aluksa kimi rəsmi qonaqlar da iştirak edəcəklər.

Daha sonra iştirakçılar 3 paralel sessiyalarda xarici ölkələrdən dəvət olunmuş spikerlərin çıxışlarını dinləyəcəklər. Tədbirin proqramına əsasən növbəti gün, may ayının 28-də Forum öz işini elmin 5 əsas istiqaməti - dəqiq və texniki elmlər, tibb, biologiya və kimya, iqtisadiyyat və sosiologiya, ekologiya və kənd təsərrüfatı, tarix, fəlsəfə və mədəniyyət istiqamətləri üzrə seksiyalarda müzakirələr ilə davam etdirəcək. Forumda “Texniki elmlər müasir innovasiya sistemlərinin əsası kimi”, “Yeni texnologiyaların yaradılması əsasında təbii proseslər”, “Torpaq, kənd təsərrüfatı və ətraf mühitin öyrənilməsində fənnlərarası yanaşma”, “İqtisadiyyat və sosiologiya qlobal inkişafın uğurlu birləşməsi kimi", “Müasir dünyada sosial və humanitar elmlərin problemləri” müzakirə olunacaq.

Xatırladaq ki,Forumun Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi,Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO-nun Azərbaycan Milli Komissiyası, "Eurodoc" Avropanın Gənc Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm