Xoşqədəm Hidayətqızı ilə bağlı yeni xəbərlər var - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Xoşqədəm Hidayətqızı ilə bağlı yeni xəbərlər var - YENİLƏNİB

Xoşqədəm Hidayətqızının Suriyada yaralanması haqda xəbər vermişdik. ATV-nin Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu da KIV- ə faktı təsdiqləyib.

Xoşqədəm Hidayətqızının Suriyada yaralanması haqda xəbər vermişdik. ATV-nin Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu da Kiv- ə faktı təsdiqləyib.

Xoşqədəm Hidayətqızının rəhbəri olduğu "Üç nöqtə" qəzetinin redaktoru Elməddin Muradlı özünün "Facebook" səhifəsində Xoşqədəm Hidayətqızının sağ-salamat olması xəbərini yazıb.

Məsələ ilə bağlı Xeberdar.az saytı Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni Axtarıram” verlişinin prodüseri Əli Vəliyevlə əlaqə saxlayıb. Prodüser saytımıza açıqlamasında Elməddin Muradlının teleaparıcının sağ-salamt olması xəbərini, Xoşqədəm Hidayətqızının ailəsinin vəziyyətini düşünərək verdiyini deyib:

“Əslində belə sms yoxdu, Xoşqədəm xanım da həmişə deyib ki, insanlara yalan məlumat vermək olmaz. Ona görə necə var, elə demək lazımdı. Heç bir məlumat yoxdu, telefonlarına da zəng çatmır. Allah eləsin ki, xəbər ala bilək, sevinə-sevinə bizdə sizlərə məlumat verə bilək. KİV-dən xahiş edirəm ki, məsələni bu qədər qabartmayaq onun ailəsi var. Xəbər çıxsın, bilək vəziyyət necədi ona görə danışaq.”

YENİLƏNMƏ

Suriyada güllə aldığı deyilən məşhur aparıcı Xoşqədəm Hidayətqızından yeni xəbər alınıb.

Axşam saatlarında ATV televiziyasının canlı efirinə Suriyanın Hələb şəhərindən qoşulan aparıcı onun çəkiliş qrupu haqda yayılan informasiyaya aydınlıq gətirib və deyilənlərin doğru olduğunu deyib.

"Günorta saatlarında televiziyaya canlı qoşulmuşduq. Bu zaman atəş səsləri eşidildi. Mən də məcbur olub telefonu söndürdüm, ancaq bizi müşayiət edən maşına güllə dəydi, biz də tez ərazini tərk etdik və bir neçə saat telefonu bağlı saxladıq. Hazırda çəkilişimiz davam edir və hər şey öz qaydasındadır", - deyə aparıcı canlı efirdə bildirib.

Xatırladaq ki, Suriyanın Hələb şəhərində ezamiyyətdə olan Xoşqədəm Hidayətqızı ilə canlı efir zamanı əlaqə kəsilib və onların maşınları gülləbaran edilib. Hətta, onun ayağından xəsarət aldığı da deyilirdi. Ancaq bu informasiya öz təsdiqini tapmadı. /ANS/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm