Aqşin Yenisey Mərkəzi Gömrük Hospitalına köçürüldü
Bizi izləyin

Qırmızı.az

Aqşin Yenisey Mərkəzi Gömrük Hospitalına köçürüldü

Aqşin Yenisey Mərkəzi Gömrük Hospitalına köçürüldü

Gənc şair-publisist Aqşin Yenisey bu gün 1 saylı Şəhər Kliniki Xəstəxanasından Mərkəzi Gömrük Hospitalına köçürülüb.

Şairin müalicəsi burada davam etdiriləcək. Hospitaldan Publika.Az-a verilən məlumata görə, hazırda A.Yenisey müayinə edilir: “Müayinə başa çatdıqdan sonra konsilium keçiriləcək. Bundan sonra A.Yeniseyin müalicəsi ilə bağlı qərarlar veriləcək. Müalicə prosesində qaraciyər transplantasiyası barədə də qərar verilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, A.Yenisey qaraciyər serrozu və sarılıq xəstəliyindən əziyyət çəkir.

Aqşin Yenisey 1978-ci ildə Cəlilabadda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biridir.

“Gündəlik Teleqraf” MMC-nin layihəsi olan “1937.az” saytının baş direktoru işləyib. Son günlər səhhəti ilə bağlı saytdan müvəqqəti ayrılmışdı.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm