Cəlilabadda sakinləri ildırım vurdu: Ölü və yaralılar var
Bizi izləyin

Qırmızı.az

Cəlilabadda sakinləri ildırım vurdu: Ölü və yaralılar var

Bu gün Cəlilabad rayonunda ildırımın düşməsi insan itkisinə səbəb olub.

Bu gün Cəlilabad rayonunda ildırımın düşməsi insan itkisinə səbəb olub.

Rayondan verilən məlumata görə, hadisə Cəlilabad rayonu Söyüdlü kəndində baş verib. Fəhlələr sahədə kartof yığan zaman qəfildən ildırım 3 fəhləni vurub. Cəlilabad rayon Söyüdlü kənd sakini 1953 cü il təvəllüdlü Abasova Leyxanım Bahəddin qızı hadisə yerindəcə dünyasını dəyişib.

Onun oğlu 1991 ci il təvəllüdlü Abasov Mürsəl Əhməd oğlu və Lənkəran sakini Əliyeva Lətafət Allahverdi qızı isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, ildırım ölən fəhlənin bədənin əksər hissəsini demək olar ki, külə çevirib. /Qaynar.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm