Qırmızı.az
Magistraturaya qəbul üzrə müsabiqə vəziyyəti açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-2015-ci tədris ili üzrə ali məktəblərin magistraturalarına qəbul olmaq istəyən və ixtisas seçiminə buraxılan bakalavrlar üçün gözlənilən müsabiqə vəziyyətini açıqlayıb.
Komissiyadan publika.az-a verilən məlumata görə, magistraturaya ixtisas seçimi 59 proqram üzrə aparılır və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlifdir.
17, 18, 19, 22, 34, 49 və 59 saylı proqramlar üzrə həm dövlət sifarişi, həm də ödənişli yerlər üzrə yüksək müsabiqə gözlənilir.
"Kimya mühəndisliyi" ixtisasına aid olan 18 saylı proqram üzrə 45 plan yerinə 112 bakalavr müsabiqəyə buraxılıb, yəni hər plan yerinə 2,49 namizəd var.
Müsabiqə vəziyyəti bir yerə 1-dən çox namizəd olan proqramlar da var. Onlardan "Neft-qaz mühəndisliyi" ixtisasına aid olan 2 saylı proqram üzrə 39 plan yerinə 67 bakalavr müsabiqəyə buraxılıb, yəni hər plan yerinə 1,72 namizəd var. Belə proqramlara 1, 7, 14, 15, 23, 25, 27, 32, 33, 35, 36, 37, 38, 40, 48, 50, 52, 54, 55, və 56 saylı proqramları aid etmək olar. Bu proqramlar üzrə ixtisas seçimində bakalavrlar həm dövlət sifarişi, həm də ödənişli yerlər üzrə müsabiqədə iştirak etməyi, həmçinin regionlarda yerləşən ali təhsil müəssisələrinin magistraturalarını da nəzərdə tutmalıdırlar. Qalanlar isə müsabiqə vəziyyəti bir yerə bir və ya daha az namizəd olan proqramlardır ki, bu proqramlar üzrə ixtisas seçimində bakalavrlar həm dövlət sifarişi, həm də ödənişli yerlər üzrə müsabiqədə iştirak etməyi nəzərdə tutmalıdırlar.
Komissiyadan bildirilib ki, 26 saylı proqram üzrə ikinci mərhələdə 1564 bakalavrın iştirak etməsinə baxmayaraq, onlardan yalnız 861-i 20 və daha çox bal yığıb, nəticədə müsabiqə vəziyyəti bir yerə 0,72 olub. Ən kütləvi proqram olan 56 saylı proqram üzrə ikinci mərhələdə 1983 bakalavr iştirak edib, onlardan 1718 bakalavr 20 və daha çox bal yığıb, nəticədə müsabiqə vəziyyəti bir yerə 1,47 olub.
Qeyd edək ki, 2014/2015-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrların ixtisas seçiminə 29 may 2014-cü ildən start verilib. Bu proses 1 iyun 2014-cü il saat 24:00-dək davam edəcək.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi