Gənclər üçün Təhsil Mərkəzi növbəti layihəyə imza atdı
Bizi izləyin

Qırmızı.az

Gənclər üçün Təhsil Mərkəzi növbəti layihəyə imza atdı

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisi növbəti layihəyə imza atdı.

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisi növbəti layihəyə imza atdı.

Layihəni daha da ictimailəşdirmək məqsədilə Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisi və YAP Ağcabədi Qadınlar Şurası layihəni ictimaiyyətə təqdim etdilər.

“Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti təşkilatları və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi” layihəsi Beynəlxalq Avrasiya Mətbuat fondu ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Layihənin məqsədi,miqrant ərləri olan və gender əsaslı zorakılığın qurbanlarına çevrilən qadınlara xüsusi diqqət,sosial və iqtisadi hüquqlarının müdafiəsi,təşkilati və fərdi səlahiyyət fəaliyyətləri vasitəsilə məcburi köçkünlərin fonunda insanların səmərəli inteqrasiyası üçün əlverişli mühitin yaranmasına şərait yaratmaqdır.

Bu layihə benefisiarların 3qrupunu hədəf götürür və layihə Ağcabədi,Ağdam,Beyləqan və Bərdədə həyata keçirilir və hər rayondan 1 QHT əməkdaş kimi cəlb edilir.

Ağcabədi rayonundan Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin əməkdaşlıq etdiyi layihə artıq öz fəaliyyətinə başlayıb. Layihə çərç ivəsində pulsuz Hüquqi Məsləhət Mərkəzi fəaliyyət göstərir ki,bu Məsləhət Mərkəzindən rayon əhalisi öz problemlərinin həlli üçün təmənnasız istifadə edə biləcək.

Hər rayondan 25 nəfər peşə təlimlərinə cəlb ediləcəkdir ki,bu təlim iştirakçılarına bitirdiyi təlim kursu üzrə sertifikat və micro kreditlər veriləcəkdir. Tədbirdə rayon İcra Hakimiyyətinin, YAP Qadınlar Şurasının,H.Əliyev Mərkəzinin,Əhalinin Sosial Müdafiə Mərkəzinin Ağcabədi şöbəsinin,Məşğulluq İdarəsinin,Dövlət Sosial Müdafiə Fondunun,Qaçqın və Məcburi köçkünlərin işi üzrə Dövlət komitəsinin,Təhsil şöbəsinin və bir çox başqa qurumların nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova layihə barədə geniş məlumat vermişdir.Digər çıxış edənlər də layihənin bu günkü cəmiyyət üçün çox yararlı olduğunu vurğulayaraq,bu layihənin qadınların bir çox problemlərinin həll olunmasında əhəmiyyətli rol oynayacağını söyləmişlər.

Daşqın Güneyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm