Qırmızı.az
Qusarda leysan ciddi fəsadlar törətdi
Qusar rayonuna yağan leysan yağışları ciddi fəsadlar törədib.
ANS PRESS-in verdiyi məlumata görə, şiddətli leysan yağışları
rayonun Yuxarı Meyar, Suray, Düz Sahil kəndlərində müşahidə olunub.
Nəticədə həmin ərazilərdə olan kəndarası yolları sel yuyub.
Dəyən ziyanın aradan qaldırılması üçün müvafiq texnikalar həmin
ərazilərə cəlb olunub. Düz Sahil və Xura kəndlərindəki 10-a yaxın
evin zirzəmisinə də su dolub.
Qeyd edək ki, ötən gecə Quba rayonuna da yağan leysan yağışları
fəsadlar yaradıb. Rayonun Tüləkəran ərazi nümayəndəliyinə yağan
intensiv yağışlar əhaliyə ciddi ziyan vurub.
Rayon Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, Tülər
kəndində sakinlərə məxsus bir neçə heyvanı sel aparıb. Onlarla evin
həyət-bacası su altında qalıb.
Həmçinin kənd yolunun üstündəki körpü də üçüb. Möhüc kəndinə gedən
körpü də uçmaq təhlükəsi ilə üzləşib.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?